Sizin sualınız çox ümumidir və bu sualın cavabı bir məktuba sığmaz. Allahı vəİslamın həqiqətlərini olduğu kimi tanımaq üçün siz onlar haqqında etiqadi kitablar mütaliə etməli və dərin araşdırmalar aparmalısınız. Lakin qısa və müxtəsər şəkildə sizin sualları cavablayıram:
İslam dini ağıl və fitrətə dayanan (söykənən) bir dindir. Həzrət İsa (ə), həzrət Musa(ə) və həzrət İbrahimin (ə) dinləri kimi, bütün öncəki səmavi dinlərin tamamlayıcısıdır.
İslam qanunları insanın məsləhət və zərərləri əsasında bünövrəsi qoyulub və bəyan edilmişdir.
İslam Allahın vücudunun həqiqətini “sübuti-sifətlər” ( Allaha nisbət verilən müsbətsifətlər) və ”səlbi sifətlər” (Allahdan uzaqlaşdırılan mənfi sifətlər) ünvanında (təqdim edir) tanıtdırır.
“Sübuti-sifətlər” haqqında: İslam dini “sübuti-sifətlər”də Allahı həmişə var olan, əbədi və əzəli bir mövcud kimi tanıtdırır. Həmçinin Allahı mütləq qüdrət, kamal və elm sahibi kimi təqdim edir.
Allah kainat aləmini və onun bütün əzəmət və nizam-intizamını bir iradə ilə yaratmışdır. Aləm Onun qüdrəti sayəsində hərəkət edir. Əgər bir an rəhmət və nəzərini aləmdən götürsə, bütün varlıq aləmi məhv olar və kainatın nizamı bir-birinə dəyər.
“Səlbi sifətlər” haqqında: İslam bütün eyibləri Allahdan uzaq bilir və Onu hər şeydən ehtiyacsız tanatdırır.
Eləcə də Allahı şəriksiz bilir və Allah yeganə varlıqdır ki, başqa bir varlığın iştirakı olmadan əzəmətli kainatı yaradıb və onu idarə edir. Milyonlarla növdə olan məxluqu yaradıb onların hamısına ruzi verir.
1.Tövhid:
Allah vahid və yeganə varlıqdır. Əlbəttə Onun vahidliyi və tək olması ədəd mənasında deyil, əksinə misilsiz və tayı-bərabəri olmayan mənasındadır. Belə ki, Allahı bu şəkildə tanıtdırmaq İslamın əqidə əsaslarındandır.
Tövhidin mətəbələri vardır:
a) Zatda tövhid: Allahın zatının bənzəri və tayı-bərabəri yoxdur.
b) Sifətlərdə tövhid: Allahın sifətləri bir həqiqətə qayıdır və Allahın sifətləri eynilə Onun zatıdır.
c) İbadətdə tövhid: Təkcə Onun pak zatı pərəstiş və ibadət edilməyə layiqdir.
d) İşlərdə tövhid: Yaranışın və dünyada olan nizam-intizamın qaynağı Allahdır və bu dünyada hər bir iş və hər bir hərəkət Onun müqəddəs vücudundan irəli gəlir.
“İşlərdə tövhid”in də özünəməxsus şaxələri vardır:
a)Xaliqiyyətdə tövhid: Yaranış yalnız Ondandır.
b)Rübubiyyətdə tövhid: Varlıq aləminin idarəsi və onlar üçün tədbirin tökülməsi yalnız Onun əlindədir.
c)Malikiyyətdə tövhid və təkvini (genezis) hakimiyyət: Hər şeyin maliki Allahdır və bütün məxluqata hakimiyyət etmək Ona məxsusdur.
d)Qanunvericilikdə tövhid:
v)İtaətdə tövhid: Yalnız Onun və yaxud itaətinə əmr etdiyi şəxslərin göstərişlərinə itaət edilməlidir.
2.Əsasən Allahı tanımaq üçün 6 yol təqdim olunmuşdur: 5-i əqli,1-i fitri.
1.Nəzm bürhanı: Bütün aləm nizam-intizamla yaranmışdır.
2.Dəyişiklik və hərəkət bürhanı:
3.Vücub və imkan bürhanı: “Vücub” yəni onun vücudunun heç nəyə ehyiyacı yoxdur, “İmkan” yəni onun vücudunun özündən qeyrisinə ehtiyacı vardır.
4.Səbəb və Nəticə bürhanı: Yəni hər bir varlığın vücuda gəlməsi üçün səbəbə ehtiyacı var.
5.Siddiqin bürhanı: Yəni “vücudun əsaləti” anlayışından faydalanaraq Allahın varlığını sübut edir.
6.Fitrət və daxili seyr yolu:
Qeyd: Əlbəttə bu yolların hər birini izahı üçün tövhid haqqında yazılan əqaid kitablarını mütaliə etməyiniz lazımdır.
3.Peyğəmbərləri tanımağın yolları:
a)Möcüzə: Peyğəmbərləri tanımağın birinci sübutu möcüzənin olmasıdır. Yəni “Nübüvvət” iddiası ilə yanaşı başqalarının, hətta sehirbazların da edə bilmədiyi qeyri-adi işləri yerinə yetirsin. Məsələn, İslam peyğəmbərinin (s) “Şəqqül-qəmər” (Ayı parçalamaq) möcüzəsi kimi.
b)Peyğəmbərlərin dəvətinin məzmun və mahiyyətini araşdırmaq.
c)Peyğəmbərlərin risalətinin doğruluğuna dəlalət edən sübut və şahidlərin toplanması.
d)Həmin peyğəmbərdən öncəki səmavi kitabların təsdiqi və öncəki peyğəmbərlərin onun gəlişinə şəhadət verməsi: Allah tərəfindən insanların hidayəti üçünpeyğəmbərlərin vasitəsi ilə göndərilmiş dinlərin hamısıın kökü və məqsədi eynidir. Həmişə hər öncəki peyğəmbər özündən sonra gələcək peyğəmbərin xəbərini və hər sonrakı peyğəmbər də özündən öncəki peyğəmbəri təsdiq etmişdir. Bu əsasla İncil və Tövrat kimi öncəki səmavi kitabları İslam peyğəmbəri həzrət Mühəmmədin (s) besəti və gəlişi haqda müjdə vermişdir.
4.İmamın tanıma yolları:
a)Quran ayələri: Quran bir sıra ayələrində ümumi imamət və vilayət məsələsinisübut etmişdir: «İnzar – qohum-əqrəbanı İslama dəvət etmək» ayəsi («Rəd» surəsi 7-ci ayə) və «Ulul-əmr – əmr sahiblərinə itaət» ayəsi («Nisa» surəsi 59-cu ayə)
b)Rəvayətlər: İmamətin sübutu üçün çoxlu rəvayətlər vardır ki, ümumi şəkildəbunlardan ibarətdir:
“Səqəleyn hədisi”, “Səfinə hədisi”, “Nücum hədisi” “İsna əşər imamların hədisi”
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərdə, Həzrət Rəsul (s) 12 imamı öz canişini və özündən sonra camaatın imam və rəhbəri ünvanında təqdim etmişdir və bu rəvayətlər əhli-sünnənin də mənbələrində mövcuddur.
Baxmayaraq ki, sizin dediyiniz kimi ”imam” kəlməsi əhli-sünnənin kitablarında yoxdur, lakin Peyğəmbərin (s) özündən olan hədislər bəyan edir ki, xalqın gələcək rəhbərliyi və hidayəti Peyğəmbərdən (s) sonra 12 imam və rəhbərə tapşırılmışdır və bunun özü “imamət” məsələsinin sübutudur.
5.“Niyə namaz qılırıq və Allahın bizim namazımıza nə ehtiyacı var?”sualına cavab olaraq:
Diqqət etməlisiniz ki, Allahın bizim namazımıza ehtiyacı yoxdur, lakin bizim namaz qılmağa ehtiyacımız var. Çünki: Allah insanı kamala çatmaq üçün yaratmışdır və kamala çatmaq yolunu da Özü ilə təmiz qəlblə əlaqədə və Ona ibadət və itaətdə qərar vermişdir. Namaz Allah ilə ən yaxşı əlaqə vasitəsi və ən səmimi ibadətdir.Eləcə də, Allah qarşısında digər ibadətlər də, insanın kamala çatması üçün zəminyaradır. Bu cəhətə görə insanın namaz qılmağa ehtiyacı vardır.
Əlavə olaraq Allah insana çoxlu nemətlər vermişdir və o nemətlərə görə də Uca tanrıya şükür etmək lazımdır. Ağıl baxımından və ağıl sahiblərinin nəzərində əgərkimsə nemət sahibinin qarşısında təşəkkür etməsə məzəmmət olunmuşdur və namaz da ilahi nemətlər qarşısında təşəkkür hesab olunur.
Namaz insanla Allahın arasında olan əlaqə və onunla söhbət etməkdir və hər bir insanın həyatda bir söykənəcəyə ehtiyacı vardır. İnsanın ən yaxşı dayağı Allahdır. Namaz qılmaq həqiqətdə Allahın sonsuz qüdrətinə söykənməkdir.