==TOVHİDİN NÖVLƏRİ==
"Tovhid" (və ya "tohid")-ərəb sözü olub Allahı tək və yeganə bilmək mənasını daşıyır.
[[İslam]]a görə Tovhidin 3 istiqaməti var:
* '''1. Rububiyyət tovhidi''' - Allahı ''Rəbb'' (yaradan, öldürən, rusi verən, işləri yoluna qoyan və s.) olaraq təkləşdirmək.Bu Allahı Onun Özünün əməllərində təkləşdirilməsidir.
* '''2. Uluhiyyət tovhidi''' - Allahı ''İlah'' (ibadət olunmağa layiq kimsə) olaraq təkləşdirmək;Bu Allahı Onun bəndələrinin öz əməllərində təkləşdirməsidir.
* '''3. Ad və sifətlər tovhidi''' - Allahın ad və sifətlərini Onun özünün və sonuncu peyğəmbərinin bəyan etdiyi kimi qəbul edib, bunları inkar etməmək, məxluqa bənzətməmək, yozmamaq və keyfiyyətini soruşmamaq şərti ilə kamil şəkildə məhz Allaha xas olduğunu qəbul etmək.
===1. Rububiyyət tovhidi===
Rububiyyə – Rəbb sözündəndir. Lüğətdə ''tərbiyə edici, yardımçı, islah edən'' və s. mənaları ifadə edir.
İstilahı mənası isə – hər bir şeyin Rəbbinin və mütləq Malikinin Allah olduğuna, ortağının olmadığına, tək yaradıcı o olduğuna, bütün kainatı idarə edən, qullarını yaradıb onları ruziləndirən, həyat verən və canlarını alanın o olduğuna kəsin olaraq inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdəniyyətinə, yəni bir və tək olduğuna inanmaq deməkdir.
«Həmd olsun Allaha – aləmlərin Rəbbinə».(əl-Fatihə 1).«Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür». (əl-Əraf 54). «Hökm əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!» (əl-Mülk 1). «Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir!» (əl-Bəqərə 29). «Göyləri və yeri xəlq edən zülmətləri və nuru yaradan Allaha həmd olsun».(əl-Ənam 1).
'''Tövhidin bu növünü Məkkə dövrünün müşrikləri də belə qəbul edirdilər. Onlar bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca və böyük olan Allahdır.''' «De ki, sizə göylərdən ve yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər şeyi səhmana salan kimdir. '''Onlar Allahdır deyəcəklər.''' Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunus 31- 32).
«De ki: «Əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki: «Bəs elə isə düşünmürsünüz». De ki: «Yeddi göyün Rəbbi və böyük əzəmətli ərşin sahibi kimdir?» Müşriklər mütləq: «Allahındır» deyə cavab verəcəklər.Onda sən de ki: «Bəs elə isə qorxmursunuz?». De ki: «Əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma çzünün himayəyə ehtiyacı olmayan kimdir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki: «Bəs elə isə nə üçün qaçırsınız?» (əl-Muminun 84-89). Həqiqətən əgər sən müşriklərdən «Göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan, onlar mütləq «Allah!» deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!». (Loğman 25).
Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Hətta xristianlar və yəhudilər də Allahın Rəbb olaraq təkliyində şübhə etmirlər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olanı qəbul edəcək şəkildə yaradılmış olmalarıdır.
Allah yaratdıqlarını ruziləndirir. «Mən onlardan ruzi istəmirəm, mən onlardan məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır». (əz-Zariyyat 57-58). «De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? (əgər onlar sənə bilmirik cavab versələr) de ki, Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz». (Səba 24). «Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?». (ər-Rum 40).
Əbu Abdurrahmən Abdulla b. Məsid – radıyAllahu anhu – rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah – səllAllahu aleyhi və səlləm – buyurdu: ''«Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər alaka şəklində olur. Sonra yenə bu müddət qədər mudaka şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra dörd xüsusiyyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»''.
Allahın bizi ruziləndirməsinə ağıla bağlı dəlilə gəlincə, bizlər yemək yiyərək və içərək yaşaya bilərik. Yiyəcək və içəcəyi də Allah yaratmışdır. «Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb: «Biz ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik deyərsiniz? Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz yoxsa biz? Əgər istəsəydik, onu ac bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?» (əl-Vaqiə 63-70).
Allah – subhənəhu və təalanın – nın bizi əbəs yerə yaratmamışdır. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». (əl-Muminun 115). «Məgər insan elə güman edir ki, başlı – başına buraxılacaq . Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O – Allah ölüləri diriltməyə qadir deyildirmi?» (əl-Qiyamət 36-40).
O, ölüləri diriltdikdən sonra da dirildicidir, diriltdikdən əvvəl də dirildicidir. Hər şey ona möhtacdır. Hər işin sonu ona dönəcəkdir. O, heç bir şeyə ehtiyacı olmayandır. Allah heç kimsəni yaratmazdan əvvəl də Rububiyyət sifətlərinə sahibdir. Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi elə də dirildəcəkdir. O, yaratdıqlarını var etdikdən sonra yaradıcı olduğu kimi, onları var etmədən əvvəl də yaradıcı idi.
Uluhiyyət, İsim və sifətlərin Tövhidindən fərqli olaraq Adəm oğullarının fitrətdən, qəlbdən qəbul etdikləri Tövhid də elə budur.
===2. Uluhiyyət tovhidi===
Hər bir müsəlman üçün vacib olan ilk əməl -'''لا إله إلا الله''' ''(lə iləhə illəllah)'' - "Allahdan başqa ilah yoxdur" ifadəsinin qəlbdə, sözdə və əməldə təsdiqi Uluhiyyət tovhidinin əsasıdır. Əgər peyğəmbərlər göndriləndə problem Allahın varlığını qəbul etmək olsaydı, Allah bu "lə iləhə illəllah"ı yox, "lə rabbə illəllah" (Allahdan başqa rəbb yoxdur) kəlməsi əmr olunardı. Yuxarıda da qeyd etdiyimiz kimi insanların əksəriyyəti Allahın varlığına və rəbb olaraq təkliyinə şübhə etmədikləri halda ona ibadətdə şərik qoşurdular deyə, peyğəmbərlər məhz bu kəlmə üzrə göndərilmişdilər.
Uluhiyyət «ilah» kəlməsindən əmələ gəlmişdir. "İlah" sözünün mənası da ibadət olunan Məbud deməkdir. Tovhidin bu qismi Məbudun, ibadət olunanın ancaq Allah olduğunu bildirir. «Allahdan başqa ilah yoxdur. Əbədi və Əzəli varlıq Odur» (Bəqərə, 265).
Onda belə bir sual yaranır: Bəs ibadət nədir?
'''İbadət - ibadət olunanın - Məbudun sevdiyi və razı qaldığı bütün əməllərin məcmusudur.'''
Şəriətdə uluhiyyə: namaz, oruc, zəkat, həcc, qurban, nəzir, dua, qorxu, məhəbbət və s. yəni bütün ibadətləri ancaq Allah rizası üçün etmək üluhiyyə adlanır. İki şey olmasa tovhidi üluhiyyə gerçəkləşməz:
'''1.'''Bütün ibadətləri qullardan hər hansı birinə deyil, ancaq Allaha məxsus etməli, Allahın məxsus olduğu sifətləri insanlara verməməlidir. Mömin ancaq Allah üçün ibadət edər. Allahdan başqası üçün namaz qılmaz, səcdə etməz, qurban kəsməz, and içməz, təvəkkül etməz, '''yalnız Allahın qadir olduğu şeyləri Allahdan başqasından istəməz.''' Bunun əksini edən Uluhiyyət tovhidini pozmuş olur və müsəlman sayılmır. Qeyd edildiyi kimi Quranın nazil olduğu vaxtda Məkkə müşrikləri Rububiyyət tovhidinə inanınrdılar. lakin məhz Uluhiyyət tochidini pozduqları üçün, yəni inandıqları Allahdan başqasına onları Allaha yaxınlaşdırsınlar deyə ibadət etdikləri üçün müşrık sayılır və İslama dəvət olunurdular. "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: '''“Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz."''' (Zumər,3)
'''2.'''İbadətləri Allahın öyrətdiyi kimi yerinə yetirmək lazımdır. Ümumiyyətlə, bütün işlərdə insan Allaha və Onun Rəsuluna tabe olmalıdır. Kəlimeyi tovhidin «Lə iləhə illəllah, Muhəmmədən Rəsulullah» mənası da məhz budur.
Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur: - Bu da «Lə iləhə illəllah» kəlməsinin həyata keçirilməsidir. Allahın Rəsuluna tabe olmaq, yəni onun buyurduqlarına əməl edib, haram etdiklərindən uzaq olmaq isə «Muhəmmədən Rəsulullah» kəlməsinin həyata keçirilməsi deməkdir. Məhz bu iki əsas, Quran və
Sünnə (yol, şəriət) insanı qurtuluşa aparır.
====ULUHİYYƏT TOVHİDİNİ GERÇƏKLƏŞDİRƏN ŞƏRTLƏR====
*İXLAS: İxlas qulun söz və əməllərində, daxilən və xaricən bütün niyyətlərinin ancaq Allah rizası üçün olduğunu göstərir. Yəni bu insan bütün əməlləri özünü insanlara göstərmək üçün yox, özünü kiməsə sevdirmək üçün yox, ancaq Allah rizası üçün edir. Allaha şərik qoşmaq, ixlasın əksidir. Bu kimsənin qəlbində riyakarlıq (özünü göstərmək) varsa, artıq o şəxsdə ixlas yoxdur. Riyakarlıq, özünü Allahdan başqasına göstərmək və sevdirmək üçün görülən əməldir ki, bu da şirkdir.
*TƏVƏKKÜL: Təvəkkül sözünün kökü vəkalət sözündən gəlir. Yəni hər hansı bir işdə vəkil tütmaq, vəkilə arxalanmaq deməkdir. Buna görə də hər bir müsəlman ilk əvvəl Allahdan başqa bütün qüvvələri inkar edib, Allaha təvəkkül edərsə, Allah da onu Öz himayəsinə alıb, onu şər qüvvələrdən qoruyar.
*MƏHƏBBƏT: Allah sevgisi tovhidi üluhiyyənin ən uca nöqtələrindən biridir ki, buna nail olan insan ən xöşbəxt insandır. «Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir» (Bəqərə,165).
*XOF VƏ RƏCA: Qorxu və ümüd tovhidin ən böyük təməlidir, yəni özülüdür. Müsəlmana fərz (vacib) olan ancaq Allahdan qorxmaqdır. Allahdan başqasından qorxmamalıdır. Qorxunun yeri qəlbdir, ancaq o özünü başqa hərəkətlərdə də göstərir. Mömin qorxu müddətində xeyir içindədir. Allahdan qorxmasa o yolunu azıb zəlalətə düşə bilər. Allahdan başqasından qorxmaq rəzilliyin ən aşağı dərəcəsidir. Bu qorxu bəzi vəziyyətlərdə əmələ gəlir. Məsələn: Allah üçün olan ixlası başqa bir şeylə qarışdırmaqdan, Dində fitnəyə düşməkdən və əməllərin qəbul olunmamasından qorxmaq, dünyada bəla və müsibətlərə düşməkdən, kasıbçılıq, xəstəlik və Allahın nemətlərinin əldən çıxmasından qorxmaq.
*SƏBR: Səbir tovhidin əsaslarından biridir. Qul dinə gəldikdə Allah təala onu imtahan edir və ona bəlalar göndərir. Ona görə də səbrin növləri var. ''Məsələn:'' İtaətdə səbir, günah və haramdan uzaq olmaq üçün səbir, Allahın qədərinə səbir, qəzəb halında səbir. Müsəlman həmişə Rəbbinə inanıb, Onun qədərinə tabe olub, bu dünyanın keçici olduğunu nəzərdə tutub axirətə hazırlaşır və bu yolda qarşıya çıxan çətinliklərə səbir edir, çünki, o bilir ki, bu səbrin mükafatı cənnətdə ona çatacaq. Allah təala Öz Kitabında bu barədə belə deyir: «Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız hesabsız mükafat veriləcəkdir»(Zumər, 10).
*ŞÜKÜR VƏ HƏMD: İman iki yerə ayrılır: şükür və səbir. Şübhəsiz ki, qul üçün ən əsas məsələ bütün işlərdə Allaha şükür edib, Ona həmd etməsidir. Allaha şükür edənin ruzisinin Allah tərəfindən artılacağına Quranda dəlillər çoxdur.
===3. Ad və Sifətlər tovhidi===
Tovhidin bu növü ilə əlaqədar elm Allahın Kitabında və Rəsulullahın sünnəsində Allah ən gözəl adlarını bizə öyrədir. Səhabələr və tabiinlərdən (ardıcıllar) olan sələflərin keçmişdən indiyə qədər əqidəsi budur ki, Allah təala Öz Kitabında Özünü necə təsvir edirsə, Peyğəmbər (səllallahu aleyhi və səlləm) öz hədisərində Rəbbinin ad və sifətlərini necə öyrədirsə biz də o cür qəbul etməliyik. '''«Ona bənzər heç bir şey yoxdur, O hər şeyi Eşidən və Görəndir»''' (Şura, 11).
*Bu etiqadın birinci hissəsi, «Ona bənzər heç bir şey yoxdur» ayəsi Allahı kiməsə, nəyə isə bənzətməyə imkan vermir.
*İkinci hissə: «O hər şeyi Eşidən və Görəndir» ayəsi isə Allahın sifətlərini təhrif edənlərə bir cavabdır. Çünki, Allah təalanın adları dərk olunmazdır, onları ağılla dərk etmək olmaz.
Əsmai və sifət tovhidi aşağıdakılara əsaslanır:
'''1)Təsdiq etmək:''' Yəni Allahın isim və sifətləri Quran və Sünnədə necə bildirilmişdirsə, o cür də təsdiq etmək vacibdir.
'''2)Bənzətməmək:''' Allahın isim və sifətlərini bənzətmədən, təşbihdən qorumalı, bu ad və sifətlərə olduğu
kimi inanıb, insanlardan, mələklərdən və digər yaradılmışlardan kimisə bu ad və sifətlərə bənzətməkdən uzaq olmalıyıq.
'''3) Yozmamaq:''' Allahın ad və sifətlərini Onun özünün qeyd etdiyindən başqa mənalarda yozmaq olmaz. Bu tovhiddə təhrifə və küfrə səbəb olan əsas amillərdəndir.
'''4) Keyfiyyətini soruşmamaq:''' Allahın sifətlərinin necəliyini araşdırmaqdan uzaq olmalıyıq. Allah təala
bizə isim və sifətlərini bildirmiş, lakin bunların keyfiyyətindən xəbər verməmişdir. İmam Malik (Allahın rəhməti onun üzərinə olsun!) Quranın «Rəhman ərşə isteva etdi (ucaldı)» ayəsi haqqında soruşana belə cavab vermişdir: «İsteva məlum, necə ucalmağı isə məchuldur, iman gətirmək vacibdir, bunun haqqında soruşmaq isə bidətdir».
===Allahı kim yaratmışdır?===
Allahın varlığı haqda tədqiqat aparan şəxslər, həmçinin Onun varlığında şübhə edən insanlar arasında "Allahı kim yaratmışdır? kimi bir sual meydana çıxır ki, bu suala bir neçə mərhələdə cavab vermək olar:
Birinci: Allah təala başqasının məxluqu olsaydı, öz ilahi dəyərini əldən verər və biz, artıq bundan sonra ağıl və fitrətin hökmünə əsasən onun deyil, onu yaradanın ardınca gedib o (Allaha) sitayiş edərdik.
İkinci: "Allahı kim yaradıb?" sualı "duzun duzluğu haradandır?" və ya "yağın yağlılığı kimdəndir?" suallarına bənzəyir. Hər bir şey duzlu və ya yağlı olsun deyə ona bu şeylərdən əlavə olunar, amma özlərinin duzlu və ya yağlı olması ayrı bir şeylə deyildir.
Çünki Allah təala həqiqi varlıq olub bütün digər valıqları Yaradandır.
Üçüncü: İnsanın ağıl və dərrakəsinin məhdudluğuna görə bu sualı soruşanların təqsirindən keçmək olar.
Çünki belə bir məhdud ağıl Allahın zatı və yaranışı haqda fikirləşərsə bundan başqa bir şeyi başa düşə bilməz.
Nəticə: Allah təala cisim deyil və Onun yaradanı və xaliqi yoxdur. Allahın xaliqi olsaydı, ona deyil onun xaliqinə sitayiş etməli olardıq.
Həmçinin O, bütün varlıqların yaradanı olaraq bəşəriyyətin ağıl və idrakından xaric bir varlıqdır.